Yuxarı

​Pakistan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Məmnun Hüseyni və xanımı Mehmuda Məmnunu hava limanında baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistan prezidenti Məmnun Hüseyni və xanımı Mehmuda Məmnunu hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi