Pakistan prezidenti Azərbaycana səfər etməyi planlaşdırır

Pakistan prezidenti Azərbaycana səfər etməyi planlaşdırır Azərbaycan və Pakistan arasında Hökumətlərarası Komissiyanın növbəti iclası aprel ayında keçiriləcək
Xarici siyasət
22 Dekabr , 2014 10:48
Pakistan prezidenti Azərbaycana səfər etməyi planlaşdırır

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan və Pakistan arasında Hökumətlərarası Komissiyanın iqtisadi məsələlər üzrə növbəti iclası aprel ayının 15-16-da İslamabadda keçiriləcək. Bu barədə "Report"a Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser xəbər verib. 

Onun sözlərinə görə, Azərbaycan və Pakistan tərəfləri Hökumətlərarası Komissiyanın iclasına hazırlıq  işləri görür. 

Səfir qeyd edib ki, həmçinin Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana səfəri ilə bağlı hazırlıq işləri aparılır: "Bildiyiniz kimi, Azərbaycan-Pakistan Parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Pakistanın prezidenti ilə görüşüb və Azərbaycana səfər etmək dəvətini çatdırıb. Biz işləri görürük və ümid edirik ki, səfəri gələn ilin birinci yarısında həyata keçirmək mümkün olacaq. Öz növbəsində prezident M.Hüseyn Azərbaycan prezidenti İlham Əliyevi İslam Əməkdaşlığı Təşkilatının tədbirində iştirak etmək üçün Pakistana dəvət edib".

Son xəbərlər

Orphus sistemi