Pakistan parlamentinin sədri İslamabadda Azərbaycan-Türkiyə Mədəniyyət Mərkəzinin yaradılmasını təklif edib

Pakistan parlamentinin sədri İslamabadda Azərbaycan-Türkiyə Mədəniyyət Mərkəzinin yaradılmasını təklif edib “Azərbaycan xalqını 44 gün ərzində qazanılmış zəfər münasibətilə təbrik edirəm".
Xarici siyasət
27 İyul , 2021 15:32
Pakistan parlamentinin sədri İslamabadda Azərbaycan-Türkiyə Mədəniyyət Mərkəzinin yaradılmasını təklif edib

“Azərbaycan xalqını 44 gün ərzində qazanılmış zəfər münasibətilə təbrik edirəm".

“Report” xəbər verir ki, bunu Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın qələbəsi Pakistanda da qeyd edildi: “Bizə xoşdur ki, bayrağımız iki ölkənin bayraqları arasında dalğalanırdı. İşğal altında olan ərazilərin azad edilməsi çətin idi. Lakin bütün çətinliklərə baxmayaraq, sonda qələbə qazanıldı. Bu da təbii ki, asan olmayıb. Bütün şəhidlərə rəhmət diləyirəm”.

“Bakıda keçirilən görüşdə iştirak etməkdən məmnunam. Bu görüş bizim üçün böyük fürsətdir. Biz millətin səsiyik. Odur ki, bir neçə təklifim var, onları nəzərdən keçirməyi xahiş edirəm”, - pakistanlı spiker qeyd edib.

Ə.Qeysər bildirib ki, pandemiya ilə mübarizə aparmaq üçün ölkələr arasında əməkdaşlıq genişləndirilməlidir: “Xalqlar arasında əlaqələrin genişləndirilməsi üçün münbit şərait yaradılmalıdır. Mədəniyyət əməkdaşlığı da gücləndirilməlidir. Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzi yaradılıb. Təklif edərdim ki, İslamabadda da Azərbaycan-Türkiyə Mədəniyyət Mərkəzi yaradılsın. Mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq edilməli, tələbə mübadiləsinin sayı artırılmalıdır”.

Son xəbərlər

Orphus sistemi