Pakistan baş nazirinin xüsusi köməkçisi: "Azərbaycanla qardaşlıq münasibətlərini yüksək qiymətləndiririk"

Pakistan baş nazirinin xüsusi köməkçisi: "Azərbaycanla qardaşlıq münasibətlərini yüksək qiymətləndiririk" "İkitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün hər cür səy göstərəcəm"
Xarici siyasət
4 İyul , 2016 12:20
Pakistan baş nazirinin xüsusi köməkçisi: Azərbaycanla qardaşlıq münasibətlərini yüksək qiymətləndiririk

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycanın Pakistana yeni təyin olunmuş səfiri Əli Əlizadə bu ölkənin baş nazirinin xarici işlər üzrə xüsusi köməkçisi Səid Tarik Fatemi ilə görüş keçirib.

"Report" "Radio Pakistan" istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə edilib.

Söhbət zamanı xüsusi köməkçi Pakistan üçün Azərbaycanla qardaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib. S.T.Fatemi səfirimizə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün hər cür səy göstərəcəyi ilə bağlı vəd verib.

Bundan əlavə, S.T.Fatemi xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi üçün iki ölkə arasında birbaşa uçuşların olmasının əhəmiyyətini qeyd edib.

Görüşdə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi