Pakistan baş nazirinin Azərbaycana səfəri zamanı birgə bəyannamə imzalanacaq

Pakistan baş nazirinin Azərbaycana səfəri zamanı birgə bəyannamə imzalanacaq Baş nazir Navaz Şərifin Bakıya səfərinin proqramı açıqlanıb
Xarici siyasət
11 Oktyabr , 2016 14:45
Pakistan baş nazirinin Azərbaycana səfəri zamanı birgə bəyannamə imzalanacaq

Bakı. 11 oktyabr. REPORT.AZ/ Pakistanın Baş naziri Navaz Şərifin Azərbaycana səfərinin proqramı açıqlanıb.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, N.Şərif Bakıya oktyabrın 13-də gələcək.

Üçgünlük səfər zamanı Baş nazir Navaz Şərifin Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də Baş nazir Artur Rasi-zadə ilə görüşəcəyi nəzərdə tutulub.

Görüşlər zamanı ikitərəfli münasibətlər, o cümlədən ticarət əlaqələrinin inkişafı, investisiya qoyuluşu imkanları, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Səfəri zamanı birgə bəyannamənin imzalanacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi