Pakistan prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Pakistan prezidenti Azərbaycana rəsmi səfərə gəlib M.Hüseyni səfərdə Pakistanlı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edir
Xarici siyasət
11 Mart , 2015 13:18
Pakistan prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bakı. 11 mart. REPORT.AZ/ Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri başlayıb. 

"Report" xəbər verir ki, M.Hüseyni səfərdə Pakistanın birinci xanımı, eləcə də pakistanlı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edir.

Səfər zamanı M.Hüseynin Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə, xarici işlər naziri Elmar Məmmədyarov, eləcə də daxili işlər, müdafiə nazirləri və digər görüşləri nəzərdə tutulub. 

Səfər çərçivəsində Azərbaycan-Pakistan biznes-forumu keçiriləcək. Bundan başqa, Məmnun Hüseyn Heydər Əliyev Mərkəzinə, Sumqayıt Texnoloji Parkına gedəcək, Bakının gəzməli-görməli yerləri ilə tanış olacaq. 

Pakistan prezidentinin səfəri martın 14-də başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi