Pakistan Senatının komitə sədri: "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qınayırıq"

Pakistan Senatının komitə sədri: "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qınayırıq" Bakı. 18 yanvar. REPORT.AZ/ Pakistan paytaxtı İslamabadda 20 Yanvar - Ümumxalq Hüzn Gününün 29-cu ildönümü ilə əlaqədar Şəhidlikdən müstəqilliyə adlı tədbir keçirilib.
Xarici siyasət
18 Yanvar , 2019 15:36
Pakistan Senatının komitə sədri: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qınayırıq

Bakı. 18 yanvar. REPORT.AZ/ Pakistan paytaxtı İslamabadda 20 Yanvar - Ümumxalq Hüzn Gününün 29-cu ildönümü ilə əlaqədar "Şəhidlikdən müstəqilliyə" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyinin təşkil etdiyi mərasimdə bu ölkə Senatının daimi komitəsinin sədri, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun sədri Talha Mahmud çıxış edib. 

O qeyd edib ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı sayəsində Azərbaycan müstəqilliyinə qovuşub: "Pakistanın hər zaman müstəqil Azərbaycana qarşı qardaşlıq münasibəti bəsləyir, Ermənistanın təcavüzünü qınayır və Azərbaycanın ərazi bütövlüyünü bütün platformalarda müdafiə edir".

T.Mahmud Azərbaycana səfərini xatırladaraq, Bakıda Şəhidlər xiyabanını ziyarət edərkən 20 Yanvar şəhidlərinin və daha sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş digər şəhidlərin xalqın qan yaddaşındakı rolunu daha yaxşı anladığını, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi, infrastruktur, enerji və digər sahələrdə necə inkişaf etdiyinin şahidi olduğunu diqqətə çatdırıb.

O, Pakistanın ehtiyac duyduğu enerji sahələrinin tədqiqatı sahəsində Azərbaycanın təcrübəsindən faydalanmağın vacibliyini də əlavə edib.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə 20 Yanvar - Ümumxalq Hüzn Gününün şəhidlərinin anma günü ilə yanaşı eyni zamanda Azərbaycan tarixinin qurur səhifəsi olduğunu diqqətə çatdırıb.

1987-ci ildən başlayaraq SSRİ-nin etnik diskriminasiya siyasətinin getdikcə zirvəyə çatdığını qeyd edən səfir bu siyasi xəttin və eyni zamanda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının regionda gərginliyi artırdığını, buna qarşı Azərbaycan xalqının həmin vaxt Azərbaycan rəhbərliyinin istefasını və azərbaycanlılara qarşı ermənilərin qəddarlığına son qoyulmasını tələb etdiyini bildirib.

Səfir Azərbaycan və Pakistan xalqlarının hər zaman öz şəhidlərinin xatirəsini əziz tutduğunu, onları minnətdarlıqla yad etdiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi