PA rəsmisi: “Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılmasında qadınların səsi vacibdir”

PA rəsmisi: “Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılmasında qadınların səsi vacibdir” “Qadınlar həmişə ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayıblar”.
Xarici siyasət
24 Fevral , 2020 10:55
PA rəsmisi: “Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılmasında qadınların səsi vacibdir”

“Qadınlar həmişə ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayıblar”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" mövzusunda keçirilən beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadınların ictimai həyatda, o cümlədən sülhün və təhlükəsizliyin təmin olunması sahəsində geniş təcrübəsi var.

H.Hacıyev Dağlıq Qarabağ münaqişəsi, etnik təmizlənmə və Azərbaycan torpaqlarının işğalı barədə faktları xatırladıb. 

O deyib ki, Xocalı faciəsində 106 qadın öldürülüb: “Xocalıda, ümumiyyətlə, insanlığa qarşı cinayət törədilib”.

PA rəsmisi, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin dörd qətnaməsinin olduğunu xatırladıb: “Ermənilərin hərəkətləri nəticəsində humanitar fəlakət baş verib”.

Onun sözlərinə görə, azərbaycanlı məcburi köçkün qadınlar Dağlıq Qarabağ münaqişəsindən çox əziyyət çəkiblər, çünki onlar təcavüz və etnik təmizləmənin qurbanları kimi məcburi köç etmək məcburiyyətində qalıblar.

“Məcburi köçkün qadınların səsi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır”, - o əlavə edib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ nizamlanması ilə bağlı qətnamələrinə riayət etməyə çağırıb: “Azərbaycan erməni işğalından əziyyət çəkməkdə davam edir. Biz bir milyondan çox qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmalarını tələb edirik, əsir saxlanılanlar isə sərbəst buraxılmalıdır”. Ombudsman vurğulayıb ki, Ermənistan tərəfinin təcavüzü nəticəsində yaranan humanitar fəlakətdə ən çox əziyyət çəkən qadınlar olub".

“Azərbaycanda qadınlar cəmiyyətin qurulmasında həmişə konstruktiv rol oynayıblar. Onların statusu həmişə yüksək olub, onlar iqtisadiyyatın və ictimai həyatın müxtəlif sahələrində kişilərlə bərabər fəal çalışırlar”, - o deyib.

Son xəbərlər

Orphus sistemi