Yuxarı

PA rəsmisi Bundestaqın qəbul etdiyi qətnaməyə münasibət bildirib

Novruz Məmmədov: Bu hadisələri tarixçilər araşdırmalıdırlar

Bakı. 3 iyun. REPORT.AZ/ "Almaniya parlamentinin "erməni soyqırımı"nın tanınması ilə bağlı qətnamə qəbul etməsində ikili standartlar özünü göstərib".

"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Almaniya Bundestaqının 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnamə haqqında jurnalistlərin sualını cavablandırarkən deyib. 

Onun sözlərinə görə, Almaniya parlamenti araşdırma, təhlil aparmadan, arxivləri nəzərdən keçirmədən yekdilliklə bu cür qərar qəbul edir. "Düşünürəm ki, bu cür addımlar beynəlxalq vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Onlar sülhün, sabitliyin bərqərar olmasına xidmət etmirlər".

N.Məmmədov əlavə edib ki, yüz il bundan əvvəl baş verən hadisələri tarixçilər araşdırmalıdırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi