PA-nın şöbə müdiri: “Türk Şurasına üzv olan ölkələr birlikdə öz sözünü deməlidir”

PA-nın şöbə müdiri: “Türk Şurasına üzv olan ölkələr birlikdə öz sözünü deməlidir” “Türk Şurasına üzv olan ölkələrə qarşı kampaniyalar aparılır. Biz birlikdə öz sözümüzü deməliyik. Əsl həqiqətləri olduğu kimi dünyaya çatdırmalıyıq”.
Xarici siyasət
10 Aprel , 2021 14:39
PA-nın şöbə müdiri: “Türk Şurasına üzv olan ölkələr birlikdə öz sözünü deməlidir”
Hikmət Hacıyev

“Türk Şurasına üzv olan ölkələrə qarşı kampaniyalar aparılır. Biz birlikdə öz sözümüzü deməliyik. Əsl həqiqətləri olduğu kimi dünyaya çatdırmalıyıq”.

“Report”un xəbərinə görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, şair və yazıçılarla bağlı ortaq nəşrlər hazırlanmalıdır: “Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün qarşılıqlı səfərlərə və təcrübələrə ehtiyac var. Sosial media platformalarında ölkələrimizə qarşı aparılan qara piar kampaniyalara qarşı birgə mübarizə apara bilərik”.

Son xəbərlər

Orphus sistemi