Yuxarı
    Bağlamaq

    ​PA-nın şöbə müdiri: “Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə bilər”

    “Mətbuatda heç bir çərçivəyə sığmayan bir informasiyaya rast gəldim”

    Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqin açıqlamasına münasibət bildirib. “Report”un xəbərinə görə, N.Məmmədov bu barədə özünün “twitter” hesabında yazıb.

    “Dünən mətbuatda heç bir çərçivəyə sığmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri Britaniya jurnalistlərinin akkreditasiyaya alınmamalarını biabırçılıq adlandırıb. Görünür Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf”, - N.Məmmədov qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi