Özbəkistan XİN başçısı Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Özbəkistan XİN başçısı Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib Özbəkistan xarici işlər naziri Baxtiyar Saidovla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı olub.
Xarici siyasət
28 may 2023 08:44
Özbəkistan XİN başçısı Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistanın xarici işlər naziri Baxtiyar Saidov arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bunu özbəkistanlı nazir tviterdə yazıb.

O, həmkarını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan dövləti və xalqına ən xoş arzularını çatdırıb.

B.Saidov bildirib ki, iki ölkə arasında əlaqələr genişlənməkdə davam edir.

Son xəbərlər

Orphus sistemi