Özbəkistan prezidentinin Azərbaycana səfərinə hazırlıq müzakirə edilib

Özbəkistan prezidentinin Azərbaycana səfərinə hazırlıq müzakirə edilib Özbəkistanın investisiya və xarici ticarət naziri Sardor Umurzakov nazirlər, qurumların, bankların, vilayətlərin rəhbərləri, eləcə də bu ölkənin Azərbaycandakı səfiri Şerzod Fayziyev ilə videokonfrans formatında görüş keçirib.
Xarici siyasət
9 Oktyabr , 2019 12:59
Özbəkistan prezidentinin Azərbaycana səfərinə hazırlıq müzakirə edilib
UzDaily

Özbəkistanın investisiya və xarici ticarət naziri Sardor Umurzakov nazirlər, qurumların, bankların, vilayətlərin rəhbərləri, eləcə də bu ölkənin Azərbaycandakı səfiri Şerzod Fayziyev ilə videokonfrans formatında görüş keçirib.

"Report" "UzDaily"yə istinadən xəbər verir ki, iclasda prezident Şavkat Mirziyoyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII sammitində iştirak etmək üçün oktyabrın 14-15-də Azərbaycana səfərinin hazırlığı müzakirə edilib.

"Şuraya üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün miqyası və əhəmiyyəti fonunda bu tədbir həm də iqtisadi tərəfdaşlığı dərinləşdirmək və yeni birgə təşəbbüslər üçün əla platformadır", - məlumatda deyilir.

Müşavirə iştirakçıları Özbəkistan və Azərbaycan arasında investisiya, ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək imkanlarını araşdırıblar. İştirakçılar Azərbaycandan olan potensial tərəfdaşların yüksək marağının və iki ölkə iqtisadiyyatlarının bir-birini tamamlamasının investisiya, ticarət və iqtisadi sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açdığını vurğulayıblar.

Bu cür əməkdaşlığı intensivləşdirmək üçün nazirliklər, idarələr və kommersiya banklarının rəhbərlərinin yaxından işləmək, investor və həmkarlarla əməkdaşlıq üçün yeni imkanları müzakirə etmək üçün Azərbaycana səfərlərinin təşkili təklif edilib və dəstəklənib.

Son xəbərlər

Orphus sistemi