​Özbəkistan mətbuatında Azərbaycanın Avropa enerji kartını dəyişən layihə barədə geniş məqalə verilib

​Özbəkistan mətbuatında Azərbaycanın Avropa enerji kartını dəyişən layihə barədə geniş məqalə verilib "Məqalədə gələcəkdə Avropanın enerji təhlükəsizliyinin Azərbaycanın hesabına təmin olunacağı qeyd olunur"
Xarici siyasət
14 Fevral , 2015 15:07
​Özbəkistan mətbuatında Azərbaycanın Avropa enerji kartını dəyişən layihə barədə geniş məqalə verilib

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın aparıcı “podrobno.uz” xəbər portalında “Проекты Азербайджана меняют энергетическую карту Европы” adlı məqalə yayımlanıb.

Bu barədə “Report”a Azərbaycanın Özbəkistandakı səfirliyindən bildirilib.

Məqalədə qeyd olunur ki, hazırda enerji təhlükəsizliyi Azərbaycan və Avropa arasında gedən danışıqların əsas mövzusudur. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın xüsusi əhəmiyyəti qeyd olunur və Azərbaycanın həyata keçirdiyi layihələr bu qitənin enerji xəritəsini dəyişir. Məqalədə gələcəkdə Avropanın enerji təhlükəsizliyinin Azərbaycanın hesabına təmin olunacağı qeyd olunur.

“Azərbaycan və Türkiyə bugünə kimi öz üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirdiklərini nəzərə alaraq, Transanadolu qaz kəmərinin də mütləq inşa olunacağını əminlik ifadə olunur. “Cənubi qaz dəhlizinin” 2012-ci ildən icrasına başlanılan TANAP layihəsi, 2013-cü ildən isə TAP layihəsi əsas ixrac marşrutu olaraq təməli qoyulmuşdur. Bütün bu layihələrin təşəbbüskarı Azərbaycandır. Onların həyata keçirilməsi üçün Azərbaycan böyük maliyyə yükünü öz üzərinə götürüb”, - məqalədə yazılır.

Sözügedən kəmərlərin əhəmiyyəti məqalədə xüsusi vurğulanır və bildirilir ki, “Cənub qaz dəhlizi” Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Bu layihə Avropa İttifaqının enerji təhlükəsizliyini möhkəmləndirəcək və bununla da enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edə biləcək.

Son xəbərlər

Orphus sistemi