Yuxarı
    Bağlamaq

    Özbəkistanın bir qrup jurnalisti və yazarı Azərbaycana gələcək

    Jurnalislət Şəhidlər Xiyabanı, Quba soyqırım abidəsini, Tərtər rayonunun təmas xəttində yerləşən kəndlərini və Cocuq Mərcanlını ziyarət edəcəklər

    Bakı. 14 iyul. REPORT.AZ/ “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə çərçivəsində Özbəkistanın bir qrup jurnalisti və yazarı Azərbaycana gələcək.

    Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, səfər iyulun 17-dən 24-dək davam edəcək.

    Layihənin əsas məqsədi özbək yazarlara və junrnalistlərə Azərbaycan, onun son illər əldə etdiyi nailiyyətlər, ölkənin ictimai həyatı, mədəniyyəti, turizmi, Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumatlandırmaq, habelə iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirmək, Azərbaycan və Özbəkistan mətbuatı arasında birbaşa əlaqələrin yaradılmasına dəstək olmaqdır.

    Səfər çərçivəsində özbək jurnalistlər Bakıda Şəhidlər Xiyabanı, Qubadakı Soyqırım abidəsi ziyarət edəcək, Tərtər rayonunda təmas xəttindəki kəndlərə, Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə baş çəkəcəklər. 

    Öz ölkələrinə qayıtdıqdan sonra media turda iştirak edən jurnalistlərin yerli mətbuatda Azərbaycanla bağlı silsilə məqalələr yazması, Azərbaycanın tarixi, mədəniyyəti, turizmi, ədəbiyyatı, son illər əldə etdiyi nailiyyətlətlərə dair Özbəkistanın televiziya kanallarında çoxsaylı verilişlərin yayımlanması nəzərdə tutulur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi