Sancay Rana: "Ötən illərdə Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi 63 dəfə artıb"

Sancay Rana: "Ötən illərdə Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi 63 dəfə artıb" "Ölkələrimiz arasında bir çox sahələrdə dostluq münasibətləri mövcuddur"
Xarici siyasət
15 Avqust , 2017 18:02
Sancay Rana: Ötən illərdə Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi 63 dəfə artıb

Bakı. 15 avqust. REPORT.AZ/ Hindistanın Azərbaycandakı səfirliyində bu ölkənin müstəqilliyinin 70 illiyi münasibətilə tədbir keçirilib.

Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə əvvəlcə Hindistanın dövlət himni səsləndirilib və ardından səfir Sancay Rana ölkə prezidenti Ram Nath Kovindin təbrik məktubunu oxuyub.

Səfir iki ölkə arasında bir çox sahələrdə dostluq münasibətlərinin mövcud olduğunu bildirib: "Bu il iki ölkə arasında diplomatik əlaqələr qurulmasının 25 illiyidir. Bununla əlaqədar hər iki ölkədə mədəni tədbirlərin keçirildiyi Hindistan-Azərbaycan Dostluq Festivalı təşkil olunub". 

S.Rana həmçinin azərbaycanlı tələbələrin Hindistanda təhsil almaları üçün hər cür şərait yaradıldığını qeyd edib.

Diplomat ötən illərdə Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsinin 63 dəfə artdığını da vurğulayıb.

Qeyd edək ki, tədbirdə rəsmilərlə yanaşı, Azərbaycanda yaşayan Hindistan vətəndaşları və onların ailə üzvləri, Azərbaycan Dillər Universitetinin Hindistan Mərkəzinin tələbələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi