Ötən il Gürcüstandan mühacirət edən Azərbaycan vətəndaşlarının sayı məlum olub

Ötən il Gürcüstandan mühacirət edən Azərbaycan vətəndaşlarının sayı məlum olub 2021-ci ildə Gürcüstandan 1 429 nəfər Azərbaycan vətəndaşı mühacirət edib.
Xarici siyasət
29 Aprel , 2022 11:33
Ötən il Gürcüstandan mühacirət edən Azərbaycan vətəndaşlarının sayı məlum olub

2021-ci ildə Gürcüstandan 1 429 nəfər Azərbaycan vətəndaşı mühacirət edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.

Sənədə əsasən, həmin şəxslərin 759-u kişi, 670-i isə qadın olub. İllik müqayisədə vətəndaşların sayı 1 518 nəfər azalıb.

Ötən il Gürcüstana mühacirət edən Azərbaycan vətəndaşlarının sayı isə 2 526 nəfər təşkil edib ki, bu da 2020-ci ilin eyni göstəricisindən 575 nəfər çoxdur.

Hesabat ilində Gürcüstanda immiqrantların sayı 74 008, emiqrantların sayı isə 99 974 nəfər olub. İllik müqayəsədə qonşu ölkəyə mühacirət edənlərin sayı 15 988 nəfər azalıb, qonşu ölkədən mühacirət edənlərin sayı isə 25 710 nəfər artıb.

Son xəbərlər

Orphus sistemi