Ötən il Avropa Məhkəməsi Azərbaycanla bağlı 79 qərar çıxarıb

Ötən il Avropa Məhkəməsi Azərbaycanla bağlı 79 qərar çıxarıb Ötən il Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 79 qərar çıxarıb.
Xarici siyasət
25 Yanvar , 2022 16:22
Ötən il Avropa Məhkəməsi Azərbaycanla bağlı 79 qərar çıxarıb
0 : 00
0 : 00

Ötən il Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 79 qərar çıxarıb.

“Report” xəbər verir ki, bu barədə AİHM-in bu gün dərc olunmuş “2021-ci il üzrə fəaliyyətə baxış” hesabatında deyilir.

Məlumata görə, ötən il AİHM-ə Azərbaycanla bağlı 425 ərizə daxil olub. Bu ərizələrdən 298-i rədd edilib, 79 iş üzrə qərar çıxarılıb.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Azərbaycanla bağlı 525 ərizə daxil olmuşdu. Onlardan 360-ı rədd edilib, 74-ü üzrə qərar qəbul edilmişdi.

2021-ci ildə 116 iş, 2020-ci ildə isə 159 iş Azərbaycan hökuməti ilə müzakirə mərhələsində olub.

Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. İlk iş 2006-cı ildə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi