Oqtay Əsədov Rusiyaya səfər edəcək

Oqtay Əsədov Rusiyaya səfər edəcək Parlament sədrlərinin görüşünün sonunda Yekun Bəyannamə imzalanacaq
Xarici siyasət
15 Aprel , 2016 15:01
Oqtay Əsədov Rusiyaya səfər edəcək

Bakı. 15 aprel. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Avrasiya Ölkələri Parlament Sədrlərinin I iclasında iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclas aprelin 18-də olacaq.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Tədbirdə XXI əsrdə Avrasiya regionu ölkələrinin birgə rifahı naminə parlamentlərarası əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri müzakirə ediləcək. Milli Məclisin sədri iclasda bu mövzuda çıxış edərək, məsələyə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Səfər çərçivəsində parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bır sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əməkdaşlıq, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, regional münaqişələrin aradan qaldırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Parlament sədrlərinin görüşünün sonunda Yekun Bəyannamə imzalanacaq.

Səfər aprelin 20-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi