​Oqtay Əsədov latviyalı həmkarını Azərbaycana dəvət edib

​Oqtay Əsədov latviyalı həmkarını Azərbaycana dəvət edib Latviyanın ölkəmizdəki səfiri Milli Məclisin spikeri ilə görüşüb
Xarici siyasət
15 Aprel , 2016 21:51
​Oqtay Əsədov latviyalı həmkarını Azərbaycana dəvət edib

Bakı. 15 aprel. REPORT.AZ/ Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

"Report" Latviyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli parlamentlərarası münasibətlər və Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq müzakirə olunub.

Tərəflər, həmçinin əlaqələrin inkişaf perspektivləri və Azərbaycan-Latviya əməkdaşlığının digər aspektlərinə toxunublar. Görüş zamanı Azərbaycanın energetika sektorundakı mühüm rolu qeyd olunub.

Öz növbəsində, O.Əsədov latviyalı həmkarını Azərbaycana səfərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi