Oqtay Əsədov Koreyaya səfər edəcək

Oqtay Əsədov Koreyaya səfər edəcək Səfər iyunun 28-də başa çatacaq
Xarici siyasət
23 İyun , 2017 14:32
Oqtay Əsədov Koreyaya səfər edəcək

Bakı. 23 iyun. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 26-da Koreya Respublikasına rəsmi səfər edəcək.

Parlamentin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Rəsmi səfər zamanı Milli Məclisin sədri ölkənin baş naziri və Milli Assambleyanın spikeri ilə görüşərək parlamentlərarası münasibətlərimizin bugünü və gələcək inkişaf perspektivləri, ikitərəfli əlaqələrimizin daha da dərinləşməsi barədə danışıqlar aparacaq.

Səfər zamanı spiker Seulda keçirilən Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsinə qatılacaq. Tədbirdə “Avrasiya regionunda birgə rifah naminə parlamentlərarası əməkdaşlığın təşviqi” mövzusunda dinləmələr keçiriləcək. Müşavirədə Milli Məclis Sədrinin çıxışı gözlənilir. Tədbirin sonunda Seul Bəyanatı qəbul ediləcək.

Burada Milli Məclisin sədrinin müşavirədə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər iyunun 28-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi