Yuxarı

​Oqtay Əsədov: “Azərbaycan Türkiyə ilə Rusiya arasında yaranan gərginliyin aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır”

Çavuşoğlu: “Türkiyə gərginliyin tərəfdarı deyil”

Bakı. 27 noyabr. REPORT.AZ/ “Azərbaycan Türkiyə ilə Rusiya arasında yaranan gərginliyin aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü zamanı deyib. O, naziri Türkiyədə yeni hökumətin qurulması münasibətilə təbrik edib.

Mövlud Çavuşoğlu Azərbaycanıın bu mövqeyinə görə Oqtay Əsədova təşəkkür edib. O qeyd edib ki, Türkiyə beynəlxalq hüququn tələblərinə uyğun addım atıb: “Türkiyə gərginliyin tərəfdarı deyil. Diplomatik yolla bunu dəf edəcəyimizə inanırıq. Eyni mövqeyi Rusiyadan da gözləyirik. Yaxın vaxtlarda gərginliyin azalacağına əminik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi