Nyu Meksiko ştatındakı fəxri konsul Cənub Qaz Dəhlizi haqda çıxışlar edib

Nyu Meksiko ştatındakı fəxri konsul Cənub Qaz Dəhlizi haqda çıxışlar edib O, çıxışında Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq siyasəti barədə də dinləyiciləri məlumatlandırıb
Xarici siyasət
3 Fevral , 2015 10:07
Nyu Meksiko ştatındakı fəxri konsul Cənub Qaz Dəhlizi haqda çıxışlar edib

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə, ölkəmizin Nyu Meksiko ştatındakı fəxri konsulu Riçard Art Makhaffi yanvarın 27-də Santa Fe Beynəlxalq Münasibətlər Şurasında (Santa Fe Council on International Relations), yanvarın 29-da isə Şəhər Neft Klubunda (City Petroleum Club) Cənub Qaz Dəhlizi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynayacağı önəmli rol barədə çıxışlar edib.

Bu barədə “Report”a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib.

Çıxışlarda fəxri konsul Şah Dəniz-2, TAP və TANAP enerji layihələrinin önəmindən bəhs edib və bu layihələrin Avropanın enerji təhlükəsizliyində oynayacağı mühüm önəmi qeyd edib. Fəxri konsul, həmçinin bu enerji kəmərlərinin iqtisadi əhəmiyyətini də diqqətə çatdırıb. O, layihənin reallaşmasında ARDNŞ və BP şirkətlərinin rolunun böyük olduğunu və layihəyə ümumilikdə 45 milyard ABŞ dolları dəyərində investisiya ayrıldığını deyib. A.MakHaffi Azərbaycan qazının Avropa üçün yeni enerji mənbəyi olacağını və bu dəhlizin keçəcəyi ölkələrin iqtisadi rifahına müsbət təsir göstərəcəyini vurğulayıb.

Qeyd edək ki, R.Makhaffi çıxışında Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq siyasəti barədə də dinləyiciləri məlumatlandırıb.

Çıxışlardan sonra fəxri konsul dinləyicilərin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi