Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib

Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib "31 mart cinayətləri bir daha təkrar olunmamalıdır"
Xarici siyasət
29 Mart , 2015 16:33
Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib

Bakı. 29 mart. REPORT. AZ/ Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib. Ştatın Baş Assambleyası martın 31-ni 1918-ci il hadisələri zamanı öldürülən azərbaycanlıların anım günü kimi tanıyıb. 

"Report" Amerika Azərbaycanlıları Cəmiyyətinin (Azerbaijan Society of America, ASA) yaydığı məlumata istinadən xəbər verir ki, qətnamədə 20 mindən artıq insanın həyatına son qoyan soyqırımının tarixdə törədilən ən dəhşətli cinayətlərdən biri olduğu göstərilib. 

Bu kimi cinayətlərin bir daha təkrar olunmaması üçün qətnamədə bu günün anılmasının vacibliyi qeyd olunub.

Qətnamə ştatın Baş Assambleyasının spikeri Vinsent Priyeto və katib Dana Börli tərəfindən imzalanıb. 

Son xəbərlər

Orphus sistemi