Nursultan Nazarbayev Bakıda Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edib - ƏLAVƏ OLUNUB

Nursultan Nazarbayev Bakıda Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edib - ƏLAVƏ OLUNUB Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib
Xarici siyasət
3 Aprel , 2017 10:18
Nursultan Nazarbayev Bakıda Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edib - ƏLAVƏ OLUNUB
Azertag.az

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.

“Report” xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Nursultan Nazarbayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Qazaxıstan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Həmin gün Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Son xəbərlər

Orphus sistemi