Nursultan Nazarbayev: "Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var"

Nursultan Nazarbayev: "Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var" "Qazaxıstan hər zaman qonşuları ilə dostluq münasibətlərini qoruyub"
Xarici siyasət
5 Aprel , 2017 09:28
Nursultan Nazarbayev: Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var

Bakı. 5 aprel. REPORT.AZ/ "Qazaxıstan hər zaman qonşuları ilə dostluq münasibətlərini qoruyub".

"Report" xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Mangistau vilayətinə səfəri zamanı deyib.

İctimaiyyət nümayəndələri ilə görüşdə Qazaxıstan prezidenti ölkənin müstəqillik dönəmində Mangistau vilayətinin sənaye sahəsindəki yüksək payının bir qədər də artdığını qeyd edib.

N.Nazarbayev sərhəd əməkdaşlığının əhəmiyyətli potensialından istifadənin zəruriliyində ayrıca diqqət yönəldib.

"Elə bir neçə gün əvvəl Azərbaycanda oldum. Əməkdaşlığı genişləndirməyimiz üçün böyük imkanlar var. Təkcə son iki ildə Mangistau vilayəti ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi beş dəfə artıb. Rayonunuz Qazaxıstanı qlobal və regional bazarlara bağlayan əsas tranzit qovşaq rolunu oynayır. Bu böyük potensialdan tam istifadə etmək lazımdır", - dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi