Novruz Məmmədov: "Rusiya Azərbaycanın strateji tərəfdaşdır"

Novruz Məmmədov: "Rusiya Azərbaycanın strateji tərəfdaşdır" "Bakı bütün inteqrasiya layihələrinə iqtisadi və siyasi məqsədəuyğunluq mövqeyindən yanaşır"
Xarici siyasət
4 Fevral , 2015 16:24
Novruz Məmmədov: Rusiya Azərbaycanın strateji tərəfdaşdır

Bakı. 4 fevral. REPORT.AZ/ "Azərbaycan Rusiya ilə münasibətləri yüksək qiymətləndirir". "Report" xəbər verir ki, bunu "Lenta.ru"ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib.

"Azərbaycan-Rusiya münasibətləri hərtərəflidir və liderlər İlham Əliyev və Vladimir Putinin münasibətlərinə əsaslanıb", - N.Məmmədov qeyd edib. 

"Rusiya Federasiyası bizim strateji tərəfdaşımızdır və biz bu münasibətləri yüksək qiymətləndiririk", - o əlavə edib. 

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrlə əməkdaşlığı genişləndirməsi haqqında məsələni şərh edən N.Məmmədov xatırladıb ki, Azərbaycan rəhbərinin mövqeyini Qazaxıstan prezidenti səsləndirib: "Bu mövqe ondan ibarətdir ki, İrəvan istənilən birliyə daxil ola bilər, lakin bu, müstəsna olaraq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan sərhədlər çərçivəsində olmalıdır".

O vurğulayıb ki, Bakı bütün inteqrasiya layihələrinə iqtisadi və siyasi məqsədəuyğunluq mövqeyindən yanaşır. "Hazırda ikitərəfli əməkdaşlıq formatı həm bizi, həm də bizim tərəfdaşlarımızı qane edir", -  Prezident Administrasiyasının nümayəndəsi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi