Yuxarı

Novruz Məmmədov: "İqlim dəyişməsi probleminin yaranmasında inkişaf etmiş lider dövlətlərin məsuliyyəti böyükdü"

Bu problemin qarşısını almaq üçün lider dövlətlər iqtisadi maraqlarından keçmək istəmirlər

Bakı. 30 noyabr. REPORT.AZ/ "Bəşəriyyəti narahat edən iqlim dəyişməsi artıq çox ciddi problemə çevrilib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi "twitter" səhifəsində yazıb.

O qeyd edib ki, bu problemin yaranmasında inkişaf etmiş lider dövlətlərin məsuliyyəti böyükdür: "İqlim dəyişməsinə əsas səbəblərdən biri sənayedə bir sıra faktorların nəzərə alınmamasıdır. Lider dövlətlər bilə-bilə bunun qarşısını almaq üçün addımlar atmırlar. Güclü iqtisadiyyatı olan dövlətlər ekoloji vəziyyəti nəzərə almırlar. Bu problemin qarşısını almaq üçün lider dövlətlər iqtisadi maraqlarından keçmək istəmirlər".

Bu gün Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı (COP21) başlayır. Forumun işində 150-yə yaxın dövlət və hökumət başçıları  iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi