Yuxarı

Novruz Məmmədov: "İnsan haqlarını qorumağı özünə peşə seçən bu saysız-hesabsız beynəlxalq və digər qurumlar və şəxslər niyə susurlar?!"

Amma müharibə qurbanları olan yüz minlərlə qaçqının taleyi ilə bağlı bir söz də demirlər

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Görəsən, insan haqlarını qorumağı özünə peşə seçən bu saysız-hesabsız beynəlxalq və digər qurumlar və şəxslər niyə susurlar?! Bəzən bir adam haqqında dünyaya aylarla bəyanatlar yayırlar, təbliğat aparırlar. Amma müharibə qurbanları olan yüz minlərlə qaçqının taleyi ilə bağlı bir söz də demirlər".

"Report"un məlumatına görə, bunu Avropada miqrant böhranını şərh edən Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "twitter"də yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi