Yuxarı

Novruz Məmmədov: “Con Kerrinin bəyanatı bizi çox təəcübləndirir və məyus edir”

Prezident Administrasiyası rəhbərinin müavini: “Dağlıq Qarabağ münaqişəsinin həllində irəli getmək mümkün olmayıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ “ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanat Azərbaycanı həddindən çox təəcübləndirir və məyus edir”.

“Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. 

"Bilirsiniz ki, bir müddətdən sonra ABŞ-da seçkilər olacaq. Biz düşünürük ki, bu gün dünyada bütün proseslərdə iştirak edən, sanki bütün proseslərə özünün töhfəsini verməyə çalışan super dövlətin vəzifədən getmə ərəfəsində olan bir rəsmisinin belə bəyanat verməsi çox məyusedici və təəcübləndiricidir", - deyə N.Məmmədov vurğulayıb.

Prezident Administrasiyası rəhbərinin müavini qeyd edib ki, C.Kerrinin bəyanatını diqqətlə oxuyanda məlum olur ki, orada Ermənistan və Azərbaycan liderləri sözü yoxdur: "Orada deyilir ki, liderlər buna hazır deyil. Bunun çox böyük əhəmiyyəti və mənası var. Bunu həmişə nəzərə almaq lazımdır".

N.Məmmədov qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonunun 25 ildən artıq işğal altında olması 760 min qaçqın və məcburi köçkünün yaranmasına səbəb olub: "Bu torpaqların azad edilməsi üçün əsas missiya başda ABŞ olmaqla 3 həmsədr ölkəyə verilib. Amma bu münaqişənin həllində irəli getmək mümkün olmayıb. Ermənistan işğalçı dövlətdir, Azərbaycan ərazilərini işğal edib. Dünyanın beynəlxalq təşkilatları, dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Onlar əvvəlcə Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğaldan azad olunması ilə bağlı fikir bildirəydilər, sonra deyəydilər ki, liderlər münaqişənin həllinə hazır deyil. Ona görə də Azərbaycan bu bəyanatı qəbul etmir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi