Azərbaycan Respublikasının Baş Naziri
Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, Çin Xalq Respublikasının yaranmasının 70 illiyi münasibətilə təbriklərini çatdıran Baş Nazir Novruz Məmmədov Azərbaycanın Çin ilə əməkdaşlıqda maraqlı olduğunu bildirərək deyib: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çin ilə əlaqələrimizin inkişafı istiqamətində önəmli addımlar atıb. Bu gün ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri dinamik inkişaf edir”.
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın Baş Naziri ölkəmizin təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı layihələr barədə məlumat verərək strateji əhəmiyyətli layihə hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verildiyini qeyd edib. Novruz Məmmədov Azərbaycan ilə Çin arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Baş Nazir Azərbaycanın Çin ilə iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini bildirərək deyib ki, sənaye, kənd təsərrüfatı, energetika, turizm və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək üçün yaxşı imkanlar mövcuddur.
Novruz Məmmədov Ermənistan-Azərbaycan
Ölkələrimiz arasında əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini bildirən Li Canşu Çinin Azərbaycan ilə əlaqələrin bütün sahələrdə genişlənməsinə böyük əhəmiyyət verdiyini ifadə edib. “Bu gün Azərbaycan ilə Çin arasında mövcud olan əməkdaşlıq əlaqələri belə deməyə əsas verir ki, biz dost ölkələr kimi daim bir-birimizə etibar edə bilərik”.
Li Canşu son illər Çin ilə Azərbaycan arasındakı münasibətlərin daha da intensiv xarakter aldığını qeyd edərək qarşılıqlı səfərlərin, aparılan danışıqların əlaqələrimizin inkişafına xidmət etdiyini deyib.
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Azərbaycanın tranzit ölkə kimi beynəlxalq yükdaşımaların həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu vurğulayıb, bu sahədə əməkdaşlığın inkişafının zəruriliyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.