Yuxarı

Novruz Məmmədov: "Beynəlxalq QHT-lər yalnız sahiblərinin sifarişini yerinə yetirirlər"

Dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq missiyasını yerinə yetirən aktyorlardan biri də QHT-lərdir

Bakı. 2 iyul. REPORT.AZ/ "Bu gün beynəlxalq münasibətlərdə beynəlxalq hüquq anlayışına bəyanatlarda, müəyyən sənədlərdə rast gəlmək olur".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq missiyasını yerinə yetirən aktyorlardan biri də QHT-lərdir: "Ona görə də onları beynəlxalq QHT-lər adlandırırlar. Beynəlxalq QHT-lər isə yalnız sahiblərinin sifarişini yerinə yetirirlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi