Novruz Məmmədov: "Avropa ölkələri miqrantlarla bağlı razılığa gələ bilmirlər"

Novruz Məmmədov: "Avropa ölkələri miqrantlarla bağlı razılığa gələ bilmirlər" "Bir sıra geosiyasi aktorlar - xüsusilə BBC, "Euronews" və s. Avropada miqrant-qaçqın böhranı ilə bağlı böyük reportajlar təqdim edirlər"
Xarici siyasət
30 Sentyabr , 2015 15:35
Novruz Məmmədov: Avropa ölkələri miqrantlarla bağlı razılığa gələ bilmirlər

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Avropa ölkələrində hələlik miqrantlarla bağlı ümumi bir razılığa gəlmək mümkün olmayıb".

"Report"un məlumatına görə, bunu Avropada miqrant böhranını şərh edən Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, bir sıra geosiyasi aktorlar - xüsusilə BBC, "Euronews" və s. Avropada miqrant-qaçqın böhranı ilə bağlı böyük reportajlar təqdim edirlər və bu reportajlarda əsasən miqrant-qaçqın böhranının indiki vəziyyətindən danışılır.

Son xəbərlər

Orphus sistemi