Norveçin Azərbaycandakı müvəqqəti işlər vəkili: Naxçıvanla əməkdaşlığın genişləndirilməsində səylər artırılacaq

Norveçin Azərbaycandakı müvəqqəti işlər vəkili: Naxçıvanla əməkdaşlığın genişləndirilməsində səylər artırılacaq Bakı. 12 noyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue ilə görüşüb.
Xarici siyasət
12 Noyabr , 2018 23:46
Norveçin Azərbaycandakı müvəqqəti işlər vəkili: Naxçıvanla əməkdaşlığın genişləndirilməsində səylər artırılacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue ilə görüşüb.

"Report" xəbər verir ki, Ali Məclisin sədri qonağı salamlayaraq, Norveç Krallığının Azərbaycandakı səfirliyinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına verdiyi töhfəni qeyd edib.

İkitərəfli münasibətlərdə Naxçıvanın rolundan, təhsil, mədəniyyət və ticarət sahələrindəki əlaqələrdən bəhs edən Ali Məclisin sədri muxtar respublikanın universitetlərinin Norveç universitetləri ilə birlikdə TEMPUS və ERASMUS proqramlarında iştirakını diqqətə çatdırıb. V.Talıbov Naxçıvan Muxtar Respublikası ilə Norveç Krallığı arasında elm, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı üçün imkanların olduğunu bildirib.

Naxçıvan haqqında geniş məlumata malik olduğunu bildirən Olav Nils Thue muxtar respublikaya səfərindən və göstərilən münasibətdən məmnunluğunu ifadə edib. Qonaq ölkəsinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb, əməkdaşlığın genişləndirilməsində səylərin artırılacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi