Nizami Səfərov: "Rusiya Azərbaycanın strateji tərəfdaşıdır"

Nizami Səfərov: "Rusiya Azərbaycanın strateji tərəfdaşıdır" Rusiya Azərbaycanın strateji tərəfdaşıdır.
Xarici siyasət
20 Dekabr , 2021 16:03
Nizami Səfərov: Rusiya Azərbaycanın strateji tərəfdaşıdır
Nizami Səfərov
0 : 00
0 : 00

"Rusiya Azərbaycanın strateji tərəfdaşıdır".

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Rusiya – Azərbaycan regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın yeni sistemində: ilin yekunları və perspektivlər” adlı dəyirmi masada millət vəkili Nizami Səfərov bildirib.

O, Rusiyanın Qarabağ münaqişəsini həll etmək, 44 günlük Vətən müharibəsini dayandırmaqla bağlı təşəbbüs göstərdiyini də xatırladıb.

“Aramızdakı münasibətlər bir sıra əməkdaşlıq sahəsi üzərində bərqərar olub. Azərbaycan Ermənistanla sərhədin delimitasiya və demarkasiyası, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, sülh sazişinin imzalanması kimi post münaqişə məsələlərini həll etmək əzmindədir” – deyə milət vəkili qeyd edib.

Son xəbərlər

Orphus sistemi