Nizami Gəncəvinin qəzəlləri Fransada çap olunub

Nizami Gəncəvinin qəzəlləri Fransada çap olunub Nizami Gəncəvinin qəzəlləri Fransada çap olunub.
Xarici siyasət
23 noyabr 2021 13:08
Nizami Gəncəvinin qəzəlləri Fransada çap olunub

Nizami Gəncəvinin qəzəlləri Fransada çap olunub.

“Report”un Fransa bürosu xəbər verir ki, kitab dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə çap olunub.

Öz əsərlərində sülh, ədalət, humanizm, yüksək əxlaq, azadlıq və bərabərlik kimi ideal və dəyərləri təbliğ etmiş dahi mütəfəkkirin “Xəmsə”sinə daxil olan poemalarından ibarət kitab Fransanın məşhur Maisonneuve et Larose və Hémisphères Editions nəşriyyat evləri tərəfindən çap olunub.

Şairin aforizmləri ilə müşayiət olunan qəzəllərindən ibarət 128 səhifəlik kitabın tərcüməçisi Əli Musayevdir.

Kitabda şairin poemalarının motivləri əsasında çəkilmiş çoxlu sayda əsrarəngiz miniatürlər də yer alıb. Miniatürlərin müəllifi Pərnisə Əsgərovadır.

Son xəbərlər

Orphus sistemi