Nizami Gəncəvi Beynəlxlaq Mərkəzi beynəlxalq mükafata layiq görülüb

Nizami Gəncəvi Beynəlxlaq Mərkəzi beynəlxalq mükafata layiq görülüb Bakı. 2 oktyabr. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda keçirilən XIV ali səviyyəli toplantısı çərçivəsində dünyanı narahat edən müxtəlif problemlər ətrafında müzakirələr aparılıb.
Xarici siyasət
2 Oktyabr , 2018 21:07
Nizami Gəncəvi Beynəlxlaq Mərkəzi beynəlxalq mükafata layiq görülüb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda keçirilən XIV ali səviyyəli toplantısı çərçivəsində dünyanı narahat edən müxtəlif problemlər ətrafında müzakirələr aparılıb. 

Mərkəzdən "Report"a verilən məlumata görə, “Avroatlantik münasibətlərin və Balkanların gələcəyi”, “Yaxın Şərq - sülhə necə nail olmaq olar?”, “Gender bərabərliyi: Qadınların siyasətdə rolu” kimi mövzular, habelə “Bir kəmər - bir yol” layihəsi ətrafında diskussiyalar keçirilib. 

Makedoniya Prezidenti Georgi İvanov, Maltanın Baş naziri Cosef Muskat, Gürcüstan Prezidenti Georgi Marqelaşvili, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ərəb Dövlətləri Liqasının sabiq rəhbəri Amir Musa və digər nüfuzlu siyasətçilər çıxış edərək müzakirə olunan mövzular haqqında fikirlərini bildiriblər.

Toplantıda dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşılıqlı dialoqun, etimadın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qadınların siyasətdə iştirakının gender bərabərliyinin təmin olnması baxımından mühüm əhəmiyyətə malik olduğu qeyd edilib. Müzakirələrə qoşulanlar müxtəlif problemlərə dair öz rəy və təkliflərini bildiriblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIV ali səviyyəli toplantısı çərçivəsində UNESCO-nun xoşməramlı səfiri, Mərkəzin İdarə Heyətinin üzvü xanım Marianna Vardonyanisin təşəbbüsü ilə “Qadınların hüquqlarının və imkanlarının genişləndiriməsi” mövzusunda tədbir təşkil olunub. 

Tədbirdə Marianna Vardonyanis, Robert Kennedi İnsan Hüquqları Fondunun Prezidenti xanım Kerri Kennedi, Kiprin birinci xanımı Andri Anastasiadis çıxış edərək qadın hüquqları, gender məsələləri ilə bağlı fikirlərini diqqətə çatdırıblar.

Tədbirin sonunda Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinə dünyada sülhün, təhlükəsizliyin və dialoqun təşviqindəki uğurlu fəaliyyətinə görə Marianna Vardonyanis Mükafatı təqdim olunub.

Qeyd edək ki, toplantıda Azərbaycandan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasınını sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində dünyanın nüfuzlu siyasət və dövlət adamları ilə keçirilən görüşlərdə Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatlar barədə məlumat verilib, ölkəmizin dünyada və regionda sülhün, təhlükəsizliyin, rifahın təmin olunmasına verdiyi töhfələr diqqətə çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi