Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı UBİKS-in rəhbəri ilə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı UBİKS-in rəhbəri ilə görüşüb Bakı. 7 fevral. REPORT.AZ/ Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin (UBİKS) rəhbəri Taner Bozkuş Gəncə şəhərində işgüzar səfərdə olub.
Xarici siyasət
10070
7 Fevral , 2019 20:23
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı UBİKS-in rəhbəri ilə görüşüb

Bakı. 7 fevral. REPORT.AZ/ Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin (UBİKS) rəhbəri Taner Bozkuş Gəncə şəhərində işgüzar səfərdə olub.

"Report"un məlumatına görə, T.Bozkuş səfər çərcivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvi Naqif Həmzəyevin də iştirak etdiyi görüşdə hər iki qardaş ölkənin uğurla davam edən qarşılıqlı əlaqələrindən söhbət açılıb. T.Bozkuş gündən-günə müasirləşən, gəncləşən qədim Gəncə şəhərinin 2019-cu ilin Avropa İdman Şəhəri seçilməsini yüksək dəyərləndirib. Görüşdə bu il iyunun 18-dən 22-dək Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə UBİKS-in Beynəlxalq Elm, Mədəniyyət və İdman Konfransının Gəncədə keçirilməsi ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi