​Nikos Kotzias İlham Əliyevlə Azərbaycanın Avropa perspektivlərini müzakirə edib

​Nikos Kotzias İlham Əliyevlə Azərbaycanın Avropa perspektivlərini müzakirə edib "Biz Avropa İttifaqında Azərbaycanın yaxşı tərəfdarlarıyıq"
Xarici siyasət
3 Fevral , 2016 07:47
​Nikos Kotzias İlham Əliyevlə Azərbaycanın Avropa perspektivlərini müzakirə edib

Bakı. 3 fevral. REPORT.AZ/ Yunanıstanın xarici işlər naziri Nikos Kotzias ötən gün Bakıya səfəri zamanı prezident İlham Əliyevlə Azərbaycanın Avropa perspektivləri və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Əsas odur ki, bizim rabitə kanalımız var və mən çox şadam ki, bu gün (2 fevral, - red) Bakıya ilk səfərim zamanı Azərbaycan prezidenti ilə görüşə bildim. Biz onunla Azərbaycanın Avropa perspektivləri və bizim ikitərəfli əməkdaşlığımız barədə xeyli danışdıq. Görüş yarım saat müddətinə planlaşdırılmışdı, lakin sonda müzakirələr saat yarımdan çox uzandı", — deyə Kotzias bildirib.

"Biz əlimizdən gələn bütün vasitələrlə Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlərin inkişafına öz töhfəmizi vermək istəyirik. Biz Avropa İttifaqında Azərbaycanın yaxşı tərəfdarlarıyıq. Biz əsl dostuq. Biz qonşu deyilik, biz dostuq", — deyə Yunanıstanın XİN rəhbəri danışıqlardan sonra jurnalistlərə bildirib.

Son xəbərlər

Orphus sistemi