Niderlandın Azərbaycandakı səfirliyinin önündəki bayraqlar yarıya endirilib

Niderlandın Azərbaycandakı səfirliyinin önündəki bayraqlar yarıya endirilib Diplomatik nümayəndəlik 1 il əvvəl Ukraynanın Donetsk şəhəri yaxınlarında vurulan təyyarədə həlak olanların xatirəsini yad edib
Xarici siyasət
17 İyul , 2015 12:53
Niderlandın Azərbaycandakı səfirliyinin önündəki bayraqlar yarıya endirilib

Bakı. 17 iyul. REPORT.AZ/ Niderland Krallığının Azərbaycandakı səfirliyinin önündəki bayraqlar yarıya endirilib. 

Bu barədə "Report"a səfirlikdən məlumat verilib. 

Diplomatik nümayəndəlikdən bildirilib ki, 1 il əvvəl Ukraynanın Donetsk şəhəri yaxınlarında vurulan "Malayziya Hava Yolları"na aid təyyarədə həlak olanların xatirəsini yad etmək üçün krallığın dövlət bayrağı yarıya endirilib. 

Xatırladaq ki, 1 il əvvəl MH17 Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirən "Malayziya Hava "Yolları" aviaşirkətinə məxsus Boinq-777 sərnişin təyyarəsi Donetsk üzərində vurulub. 

Təyyarə qəzası nəticəsində 283 sərnişin və 15 ekipaj üzvü həlak olub, onlardan 192 nəfəri Niderland vətəndaşı və 44 nəfəri Malayziya vətəndaşı olub. 

Bu yaxınlarda Malayziya hadisənin səbəblərini araşdırmaq üçün BMT-də beynəlxalq tribunalının yaradılması təşəbbüsü ilə müraciət dib. 

Son xəbərlər

Orphus sistemi