Niderlandın Azərbaycandakı səfirliyi məsafəli iş rejiminə keçdi

Niderlandın Azərbaycandakı səfirliyi məsafəli iş rejiminə keçdi Niderlandın Azərbaycandakı səfirliyinin işçiləri koronavirusun yayılması təhlükəsi səbəbi ilə məsafəli iş rejiminə keçiblər.
Xarici siyasət
17 Mart , 2020 12:10
Niderlandın Azərbaycandakı səfirliyi məsafəli iş rejiminə keçdi

Niderlandın Azərbaycandakı səfirliyinin işçiləri koronavirusun yayılması təhlükəsi səbəbi ilə məsafəli iş rejiminə keçiblər.

“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “Facebook”dakı rəsmi səhifəsində məlumat verilib.

“Dünəndən etibarən Niderland Krallığının Bakıdakı səfirliyinin əməkdaşları evdən işləməyə başlayıb. Normal rejimdə işimizi davam etdirəcəyik və məlum rabitə kanalları ilə bizimlə əlaqə saxlamaq olar. Ümumi, konsulluq xarakterli və COVID-19 ilə bağlı vəziyyətlə əlaqədar suallar 24 saat açıq olan əlaqə xidmətinə, həmçinin [email protected] ünvanına göndərilə bilər”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi