Nepal Azərbaycana yeni səfirini təyin edib

Nepal Azərbaycana yeni səfirini təyin edib Nepal prezidenti bu vəzifəyə Rişi Ram Qhimireni təyin edib
Xarici siyasət
1 Oktyabr , 2016 11:32
Nepal Azərbaycana yeni səfirini təyin edib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Nepal həm də Azərbaycana məsul olan Rusiyaya yeni səfirini təyin edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Nepal prezidenti Bidhya Devi Bhandari bu vəzifəyə Rişi Ram Qhimireni təyin edib.

Prezident Rişi Ram Qhimireni hökumətin tövsiyəsi əsasında təyin edib. Yeni səfir barədə yalnız onun buna qədər ölkəsinin Xarici İşlər Nazirliyinin katibliyində çalışdığı məlumdur.

Qeyd edək ki, 2012-2016-cı illər ərzində Nepalın Rusiyadakı və o cümlədən Azərbaycandakı səfiri vəzifəsini Ravi Mohan Sapkota Kopila icra edib.

Son xəbərlər

Orphus sistemi