Nazir: "Türk Şurasına qoşulmaq təbii bir prosesdir"

Nazir: "Türk Şurasına qoşulmaq təbii bir prosesdir" Özbəkistanın Türk Şurasına qoşulması təbii bir prosesdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası eyni tarixi və mədəni kökləri olan, dil baxımdan çox yaxın ölkələri birləşdirir.
Xarici siyasət
14 Oktyabr , 2019 13:23
Nazir: Türk Şurasına qoşulmaq təbii bir prosesdir

"Özbəkistanın Türk Şurasına qoşulması təbii bir prosesdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası eyni tarixi və mədəni kökləri olan, dil baxımdan çox yaxın ölkələri birləşdirir".

Bu fikirləri “Report”a Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov bildirib.

Onun sözlərinə görə, bu məsələdə sırf maddi maraq da var: “Bunlar ticarətdir, nəqliyyat və kommunikasiya, təhsil kimi sahələrdə əməkdaşlıqdır. Yəni ümumi nöqtələrimiz çoxdur”.

Xatırladaq ki, oktyabrın 15-də Bakıda Türk Şurasının 7-ci zirvə görüşü keçiriləcək. Bu tədbir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılmasına dair Naxçıvan sazişinin 10-cu ildönümünə həsr olunur. Qeyd edək ki, adıçəkilən sənəd Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası dövlət başçıları tərəfindən imzalanmışdı.

Bakıdakı sammitdə Özbəkistanın da Türk Şurası üzvlüyünə qəbuluna dair rəsmi qərar veriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi