Nazir: “Pakistan və Azərbaycanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var”

Nazir: “Pakistan və Azərbaycanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var” “Pakistan və Azərbaycanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var”.
Xarici siyasət
2 Mart , 2023 15:12
Nazir: “Pakistan və Azərbaycanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var”

“Pakistan və Azərbaycanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var”.

Bunu "Report"a açıqlamasında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən sammitində iştirak edən Pakistanın iqtisadiyyat naziri Sərdar Ayaz Sadiq deyib.

Nazir son bir ildə ölkələr arasında ticarət dövriyyəsinin 3 dəfə artdığını da qeyd edib.

O əlavə edib ki, neft və təbii qaz sektoru əməkdaşlığın əsas sahəsidir.

Pakistanın iqtisadiyyat naziri həmçinin bugünkü sammitin Bakıda keçirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, bu da ölkələrə pandemiyanın nəticələrinin aradan qaldırılmasında səylərini birləşdirməyə imkan verəcək: “Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatında irəli sürdüyü təkliflər çox vacibdir və təşkilatın bütün üzvləri onun təşəbbüslərini birgə müzakirə edib dəstəkləməlidirlər”. 

O, Pakistanın Azərbaycanın irəli sürdüyü təşəbbüsləri mütləq dəstəkləyəcəyini bildirib.

İqtisadiyyat naziri həmçinin xatırladıb ki, Azərbaycan düyü tədarükündə Pakistan üçün xüsusi gömrük şərtləri təqdim edib.

Qeyd edək ki, ötən ilin noyabrında Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Pakistandan Azərbaycana gətirilən düyü 15 % gömrük rüsumundan azad edilib.

Son xəbərlər

Orphus sistemi