Nazir müavini: "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi mühüm tarixi, hüquqi və iqtisadi əhəmiyyətə malikdir"

Nazir müavini: "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi mühüm tarixi, hüquqi və iqtisadi əhəmiyyətə malikdir" Xələf Xələfov: "Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək"
Xarici siyasət
6 Dekabr , 2017 17:21
Nazir müavini: Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi mühüm tarixi, hüquqi və iqtisadi əhəmiyyətə malikdir
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov / Report/ Orkhan Azim

Bakı. 6 dekabr. REPORT.AZ/ "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi mühüm tarixi, hüquqi və iqtisadi əhəmiyyətə malikdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov dekabrın 5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci görüşünün yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, layihə sənədinə əsasən, Xəzər dənizinin dibi elə bölünüb ki, faydalı qazıntılar əldə etmək hüququ tam şəkildə bu ölkələrin mənafelərinə uyğun olub. Sənəddə həmçinin dənizin həm dib, həm də su hissəsindən istifadə və yurisdiksiyası, gəmiçilik prinsipləri, dünya okeanına çıxış, tranzit qaydaları əks olunub.

"Bu sənəd heç bir tərəfə üstünlük vermir və bütün ölkələrə bərabər yanaşmanı göstərir. Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın genişləndirilməsini təmin edəcək, bu ölkələrin xalqlarının rifahı üçün xidmət göstərəcək", - X.Xələfov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi