Yuxarı
    Bağlamaq

    Nazir müavini: "Azərbaycan regional inteqrasiya birliklərində fəal təmsil olunur"

    Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Minskdə keçirilən konfransda iştirak edir

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan bu gün Minskdə keçirilən "UNECE (BMT Avropa İqtisadi Komissiyası - red) regionunda 2030-cu ilə qədər iqtisadi inteqrasiya və davamlı inkişafın əsasının qoyulması" konfransında iştirak edir.

    "Report" BELTA-ya istinadən xəbər verir ki, konfransda Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir.

    Tədbir çərçivəsində nazir müavini müasir dəyişən şəraitdə ümumi fəaliyyət strategiyasının birgə hazırlanmasının zəruriliyini vurğulayıb: "Bu məsələlər Azərbaycan üçün də vacibdir. Azərbaycan regional inteqrasiya birliklərində fəal təmsil olunur, bütün aktual məsələlər barədə fikrini söyləyir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi