Nazir müavini: "Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır"

Nazir müavini: "Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır" "Azərbaycan və Pakistan arasında dost və qardaş münasibətləri var. Bu münasibətlər özünü strateji tərəfdaşlıqda büruzə verir".
Xarici siyasət
7 İyul , 2021 11:59
Nazir müavini: Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Elnur Məmmədov

"Azərbaycan və Pakistan arasında dost və qardaş münasibətləri var. Bu münasibətlər özünü strateji tərəfdaşlıqda büruzə verir".

"Report"un xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılışında çıxışı zamanı deyib.

"Bu əlaqələr iqtisadi münasibətlərin dərinləşməsinə və iki ölkədə bazar imkanlarının istifadəsinə imkan verir", - nazir müavini bildirib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həm Pakistan dövlətinin, həm də Pakistan xalqının böyük dəstəyini hiss edib.

Son xəbərlər

Orphus sistemi