Nazir müavini: "Azərbaycan-Latviya münasibətləri strateji əhəmiyyət daşıyır"

Nazir müavini: "Azərbaycan-Latviya münasibətləri strateji əhəmiyyət daşıyır" "Azərbaycan-Latviya münasibətləri strateji əhəmiyyət daşıyır".
Xarici siyasət
17 noyabr 2023 17:38
Nazir müavini: Azərbaycan-Latviya münasibətləri strateji əhəmiyyət daşıyır

"Azərbaycan-Latviya münasibətləri strateji əhəmiyyət daşıyır".

"Report" xəbər verir ki, bu fikri Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Latviya Respublikasının elan olunmasının 105-ci ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda səsləndirib.

Azərbaycan-Latviya münasibətlərinin strateji əhəmiyyət daşıdığını qeyd edən nazir müavini ölkələrimizin müstəqilliklərini bərpa etdikdən sonrakı dövrdə bir-birini hər zaman dəstəklədiklərini vurğulayıb.

O, qarşılıqlı rəsmi səfərlərin, təmasların, imzalanan sənədlərin əlaqələrimizin inkişafında rolunu qeyd edib: "Gələn il Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq. Əminik ki, dövlətlərimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Latviya münasibətləri bundan sonra da eyni müsbət müstəvidə davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi