Nazir müavini: "Aviasiyamız yanğın bölgələrinə 1 404 ton su boşaldıb"

Nazir müavini: "Aviasiyamız yanğın bölgələrinə 1 404 ton su boşaldıb" Nazir müavini: "Aviasiyamız ümümulikdə yanğın bölgələrinə 1 404 ton su boşaldıb"
Xarici siyasət
13 Avqust , 2021 14:18
Nazir müavini: Aviasiyamız yanğın bölgələrinə 1 404 ton su boşaldıb

Azərbaycan FHN-ə məxsus aviasiyamız ümümilikdə yanğın bölgələrinə 1 404 ton su boşaldıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

O qeyd edib ki, yanğın bölgəsində Azərbaycan FHN-in 743 şəxsi həyəti, 97 texnikası, 1 helikopter və 1 ədəd amfibiya təyyarəsi faəliyyət göstərib:
"Təyyarə və helikopterimiz Dalaman Hava Limanının ətrafı, Köyceyiz, Çayırova, Yatağan-Yumaklı, Menteşə-Kocazağ, Milas-Yeniköy, Seyidli-Kəmər, Aydın- Akçoava, Antalya-Kaş, Burduk-Bucak və İzmir şəhərlərin yanğınlara qarşı mübarizə aparıblar", - o, əlavə edib.

Nazir müavini qeyd edib ki, təyyarə 98 dəfə havaya qalxaraq yanğın ocaqlarına qarşı 837 ton su boşaldıb, helikopter isə 204-dəfə uçus həyata keçirib və 567,5 ton su boşaldıb.

Son xəbərlər

Orphus sistemi