Yuxarı
    Bağlamaq

    Nazir Kəmaləddin Heydərov Qətərin Azərbaycandakı səfirini qəbul edib

    Qətər Dövlətinin Azərbaycandakı səfiri Mübarək bin Fahad Əl-Təninin diplomatik fəaliyyəti başa çatıb

    Bakı. 28 oktyabr. REPORT.AZ/  Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Azərbaycandakı səfiri Mübarək bin Fahad Əl-Tənini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

    Bu barədə "Report"a FHN-in mətbuat xidmətindən bildirilib.

    Nazir Kəmaləddin Heydərov bildirib ki, bu yaxınlarda Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Qətərin Daxili İşlər Nazirliyinin 10-cu Təhlükəsizlik və Sabitlik Sərgisində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri və keçirdiyi görüşlər, habelə səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkənin uyğun nazirlikləri arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı imkanlar yaradır.

    Səfir Mübarək bin Fahad Əl-Təni Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini bildirib.

    Nazir Kəmaləddin Heydərov səfir Mübarək bin Fahad Əl-Təniyə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi